Macarıstanda siyasi böhran: Baş nazir prezidentə 5 günlük ultimatum verdibackend

Macarıstanda siyasi böhran: Baş nazir prezidentə 5 günlük ultimatum verdi

Macarıstanın baş naziri Peter Madyar ölkə prezidenti Tamaş Şuyoka qarşı sərt tələb irəli sürüb.

KONKRET.az xəbər verir ki, Madyar özünün “Facebook” hesabında etdiyi paylaşımda bildirib ki, dövlət başçısı konstitusiyaya 17-ci düzəlişi nəzərdə tutan qanun layihəsini imzalamasa, parlament onun vəzifədən kənarlaşdırılması proseduruna başlayacaq.

Şuyok isə düzəlişi konstitusiyaya zidd və siyasi motivli adlandıraraq onu imzalamaqdan imtina edib. Madyar isə prezidentin sənədin məzmununu deyil, yalnız prosedur qaydalarına əməl olunmasını qiymətləndirə biləcəyini vurğulayıb.

Hakim “Tisa” Partiyasının parlamentdə üçdəiki çoxluğa malik olması səbəbindən düzəlişin qəbul ediləcəyi gözlənilir.

Hakim “Tisa” Partiyasının irəli sürdüyü bu düzəliş prezident Tamaş Şuyokun vəzifədən uzaqlaşdırılmasını, deputatların maksimum 12 il parlamentdə təmsil olunmasını, həmçinin korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsini nəzərdə tutur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*