Hindistan ABŞ-a “yox” dedi: Saziş dalana dirəndibackend

Hindistan ABŞ-a "yox" dedi: Saziş dalana dirəndi

Hindistan ABŞ ilə aparılan son ticarət danışıqlarında təcili sazişin imzalanmasına razılıq verməyib.

KONKRET.az xəbər verir ki, Nyu-Dehli Vaşinqtondan Çinlə müqayisədə tarif üstünlükləri və sazişdən sonra yeni gömrük rüsumlarının tətbiq olunmayacağına dair təminat tələb edir.

Hindistan rəsmiləri ölkənin kənd təsərrüfatı da daxil olmaqla əsas maraqlarından geri çəkilməyəcəyini bildiriblər. ABŞ isə Hindistanın güzəştləri əvvəlcə özü etməli olduğunu düşünür.

Tərəflər danışıqları davam etdirsələr də, ticarət sazişinin nə vaxt imzalanacağı hələlik məlum deyil.

Analitiklər hesab edirlər ki, Hindistanın digər ölkələrlə yeni ticarət razılaşmaları əldə etməsi Nyu-Dehlinin ABŞ qarşısında danışıqlardakı mövqeyini gücləndirib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*