İrandan gözlənilməz mesaj: “Əzrayıl ədalətlidir…”backend

İrandan gözlənilməz mesaj: "Əzrayıl ədalətlidir..."

ABŞ-ın respublikaçı senatoru Lindsi Qrahamın vəfatı ilə bağlı xəbərin İran dövlət televiziyasında sevinclə təqdim olunması diqqət çəkib.

KONKRET.az xəbər verir ki, bəzi televiziya aparıcıları senatorun ölümünü efirdə “xoş xəbər” kimi təqdim ediblər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-ın respublikaçı senatoru Lindsi Qrahamın vəfatı ilə bağlı sərt bəyanatla çıxış edib.

Bəqayi bildirib ki, Əzrayıl (ölüm mələyi) ədalətlidir. Bu əsəbi və sərt dilli senatorun ölümü heç bir azad insanın qəlbini kədərləndirməyəcək.
ABŞ senatoru Lindsi Qrahamın iyulun 11-i axşam saatlarında 71 yaşında vəfat edib.

O, dörd müddət ABŞ Senatında Cənubi Karolina ştatını təmsil edib.

Politico nəşrinin istinad etdiyi açıqlamada qeyd olunub ki, ölümün yekun səbəbi toksikoloji və mikroskopik müayinələrin nəticələri əldə edildikdən sonra dəqiqləşdiriləcək.

Lindsi Qraham ABŞ-ın xarici siyasətində sərt xətt tərəfdarlarından biri kimi tanınırdı və xüsusilə Rusiya ilə bağlı qəti mövqeyi ilə seçilirdi.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*