ABŞ Qırğızıstana məhdudiyyətlər tətbiq edə bilərbackend

ABŞ Qırğızıstana məhdudiyyətlər tətbiq edə bilər

ABŞ bu həftə ərzində Rusiyaya verilən texnoloji və hərbi yüklərə cavab olaraq Qırğızıstana qarşı yeni iqtisadi məhdudiyyətlər tətbiq edə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “The Washington Post” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Co Bayden administrasiyası amerikalı və avropalı diplomatların Bişkekə bir neçə aylıq nəticəsiz səfərlərindən sonra sanksiyalar hazırlamağa başlayıb.

Məlumata görə, onlar Qırğızıstanın konkret nə ilə üzləşə biləcəyini dəqiqləşdirməyiblər.

Xatırladaq ki, Vaşinqton əvvəllər Qırğızıstan şirkətlərinə qarşı sanksiyalar tətbiq edib və onları qara siyahılara salıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*