ABŞ qoşunlarını Suriyadan geri çəkdibackend

ABŞ qoşunlarını Suriyadan geri çəkdi

ABŞ qoşunlarını Suriya-Türkiyə sərhədindən geri çəkməyə başlayıb.

KONKRET.AZ-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə PKK terror təşkilatının Suriya qanadı olan YPG məlumat yayıb.

Məlumata əsasən, bu, ABŞ-ın Türkiyə ordusunun Suriyanın şimalına hərbi əməliyyatlara başlamasına razılıq verməsindən sonra baş verib.

YPG ABŞ-ın onlara verdiyi sözə əməl etməyərək, qoşunlarını Suriyanın Türkiyə ilə sərhədindən geri çəkdiyini bəyan edib.

YPG-dən onu da bildiriblər ki, onlar Türkiyənin Suriyanın şimalına edəcəyi hərbi əməliyyatlar zamanı özlərini müdafiə edəcəklər.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter”də bildirib ki, Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir.

O qeyd edib ki, bölgəni terrorçulardan təmizləyərək, Türkiyənin təhlükəsizliyini təmin edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*