ABŞ Rusiya və Türkiyənin İdlibdəki hərəkətlərindən narazıdırbackend

ABŞ Rusiya və Türkiyənin İdlibdəki hərəkətlərindən narazıdır

Ağ Evin Milli Təhlükəsizlik üzrə müşaviri Robert O’Brien Türkiyə və Rusiyanın İdlibdəki hərəkətlərini qınadığını söyləyib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı RİA Novosti agentliyi yayıb.

Robert O’Brien Vaşinqtondakı Atlantik Şurasında çıxış edərək İdlibdə vəziyyətin getdikcə pisləşdiyini deyib. O əlavə edib ki, ABŞ artıq Rusiya və Türkiyəyə narazılığını bildirib. Lakin onun fikrincə, zorakılığı dərhal dayandıra biləcək heç bir “sehrli çubuq” yoxdur.

Siyasətçi açıq şəkildə bildirib ki, ABŞ münaqişəyə müdaxilə etməyəcək və qoşunları ilə birbaşa əlaqəsi olmayan heç bir problemi həll etmək niyyətində deyil.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*