ABŞ səfirliyindən Ermənistandakı vətəndaşlarına XƏBƏRDARLIQ: “Azərbaycanla sərhədə səfər etməyin” – FOTObackend

ABŞ səfirliyindən Ermənistandakı vətəndaşlarına XƏBƏRDARLIQ: "Azərbaycanla sərhədə səfər etməyin" - FOTO

ABŞ səfirliyi vətəndaşlarını Ermənistanın Azərbaycanın Laçın və Kəlbəcər rayonları ilə sərhədinə səfər etməməyə çağırıb.

KONKRET.az xəbər verir ki, bununla bağlı xəbərdarlıq dünən axşamdan etibarən ABŞ səfirliyinin saytında yerləşdirilib. Həmin xəbərdarlığın mətnini təqdim edirik:

“M2 və M17 avtomobil yollarında Azərbaycan nəzarət-buraxılış məntəqələrinin gücləndirilməsi ilə bağlı məlumatlar var. ABŞ-ın İrəvandakı səfirliyi ABŞ vətəndaşlarının nəzərinə çatdırır ki, hazırda ABŞ səfirliyinin əməkdaşları və onların ailə üzvlərinə M2 şosesindəki Qaraunc və David Bek kəndləri arasında,  M17 şossesində Qafan və Çakaten arasında gediş-gəliş qadağan edilib. ABŞ vətəndaşları Ermənistan və Azərbaycan arasındakı bütün beynəlxalq sərhədlər yaxınlığında ehtiyatlı davranmağa davam etməli və Dağlıq Qarabağ münaqişəsi zonası və təmas xəttinə yaxın səfərlərdən çəkinməlidirlər”.

Xatırladaq ki, 2020-ci il müharibəsi ərəfəsində də ABŞ səfirliyi oxşar xəbərdarlıq etmişdi.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*