ABŞ SEPAH-ın Suriyadakı obyektlərini VURDUbackend

ABŞ SEPAH-ın Suriyadakı obyektlərini VURDU

ABŞ ordusu Suriyada İslam İnqilabı Keşikçilər Korpusuna (SEPAH) bağlı hədəflərə hava zərbələri endirib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, martın 23-də ABŞ-ın başçılıq etdiyi beynəlxalq antiterror koalisiyasının Suriyanın şimal-şərqindəki bazasına pilotsuz uçuş aparatının hücumu nəticəsində bir amerikalı müqaviləli hərbçi ölüb, beş ABŞ hərbi qulluqçusu və bir müqaviləli hərbçi yaralanıb.

“Prezident Co Baydenin əmri ilə mən ABŞ Mərkəzi Komandanlıq qüvvələrinə bu gecə Suriyanın şərqində İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli qrupların istifadə etdiyi obyektlərə dəqiq hava zərbələri endirməyə icazə verdim. Aviazərbələr SEPAH ilə əlaqəli qrupların Suriyadakı koalisiya qüvvələrinə son hücumlarına cavab olaraq həyata keçirilib. Biz xalqımızı qorumaq üçün bütün lazımi tədbirləri görəcəyik”, – ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

Pentaqonun məlumatına görə, dəqiq zərbələr amerikalı hərbçilərin müdafiəsi məqsədilə həyata keçirilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*