ABŞ Suriyada əməliyyat keçirdi: İŞİD lideri zərərsizləşdirildibackend

ABŞ Suriyada əməliyyat keçirdi: İŞİD lideri zərərsizləşdirildi

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyada İŞİD-ə qarşı əməliyyat keçirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyat zamanı İŞİD terror təşkilatının yüksək rütbəli lideri ələ keçirilib.

Bildirilib ki, saxlanılan şəxs təşkilatın təcrübəli bomba ustası, qruplaşmanın Suriyadakı rəhbərlərindən və idarəçilərindən biri hesab olunur.

Suriyanın hansı bölgəsində və əməliyyatın necə keçirildiyi barədə məlumat verilməyib.

Ancaq medianın yerli mənbələrə istinadən verdiyi xəbərə görə, əməliyyat Suriyanın şimalında vertolyotlarla həyata keçirilib.

Koalisiya tərəfindən verilən yazılı açıqlamada əməliyyat zamanı heç bir mülki şəxsin zərər görmədiyi vurğulanıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*