ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib.
KONKRET.az xəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb.
Misir əsilli amerikalı həkim və epidemioloq Əl-Səyyid seçki kampaniyası zamanı bir sıra mühüm siyasi və sosial məsələlərlə bağlı mövqeyi ilə diqqət çəkib. O, ABŞ-ın İsrailə hərbi yardımının dayandırılmasını, bütün vətəndaşlar üçün universal tibbi sığorta sisteminin tətbiqini və İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) ləğvini müdafiə edib.
The Independent nəşrinin xatırlatdığına görə, ABŞ prezidenti Donald Tramp daha əvvəl Əl-Səyyidin adını bilərəkdən bir neçə dəfə səhv tələffüz edərək onu “Məhəmməd” adlandırıb. Tramp hətta siyasətçini “ölkəmizə nifrət edən cihadçı dəli” kimi təqdim edib.
Seçki kampaniyası dövründə Əl-Səyyid Trampa da ironik mesaj ünvanlayıb. O, ABŞ-ın vitse-prezidenti və Senatın sədri Ceyms Devid Vensə də toxunaraq bildirib:
“Donald, bilirəm ki, mənim adımı tələffüz etməkdə çətinlik çəkirsən. Ona görə də yanvarda Cey Di məni and içdirəndən sonra mənə sadəcə ‘senator’ deyə bilərsən”.
Əl-Səyyidin qələbəsi ABŞ siyasi tarixində mühüm hadisə olmaqla yanaşı, ölkədə müsəlmanların siyasi təmsilçiliyi baxımından da yeni mərhələnin başlanğıcı hesab olunur.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Mənbələr: Reuters, Associated Press, The Independent.
