Piyadaların diqqətinə: Hansı qayda pozuntusuna görə 20 manat cərimə var?backend

Piyadaların diqqətinə: Hansı qayda pozuntusuna görə 20 manat cərimə var?

Yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyət yalnız sürücülərlə məhdudlaşmır. Piyadalar da yollarda müəyyən edilmiş təhlükəsizlik tələblərinə əməl etmədikdə cərimələnə bilərlər.

Bəs hansı hallarda piyadalar inzibati məsuliyyətə cəlb olunur və qaydaları pozanları nə qədər cərimə gözləyir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq departamentinin müdiri, vəkil Fuad Məmmədov bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 338.1-ci maddəsinə əsasən, piyadaların yol hərəkəti qaydalarını pozmasına görə 20 manat məbləğində cərimə nəzərdə tutulub.

Barassociation.az - Axtarışın nəticəsi

“Bu cərimə bir neçə halda tətbiq oluna bilər. Belə ki, piyada svetoforunun və ya nizamlayıcının siqnallarına əməl edilməməsi, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəfil çıxılması, eləcə də sayrışan işıqları və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşarkən hərəkət hissəsinin tərk edilməməsi inzibati məsuliyyət yaradır”.

Vəkil qeyd edib ki, piyadalar da yol hərəkətinin iştirakçılarıdır və onların təhlükəsizlik qaydalarına əməl etməsi vacibdir.

Beləliklə, yol hərəkəti qaydalarına riayət etmək yalnız sürücülərin deyil, piyadaların da məsuliyyətidir. Qaydaların pozulması isə 20 manat cərimə ilə nəticələnə bilər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*