Kaşuk karyerasında ilk dəfə Ukrayna millisinə çağırıldıbackend

Kaşuk karyerasında ilk dəfə Ukrayna millisinə çağırıldı

“Qarabağ”ın futbolçusu Aleksey Kaşuk karyerasında ilk dəfə Ukrayna millisinə çağırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

26 yaşlı cinah oyunçusu UEFA Millətlər Liqasının noyabr oyunları üçün açıqlanan 25 nəfərlik heyətə daxil edilib. Ukrayna millisi noyabrın 14-də Şimali İrlandiya, 17-də isə Gürcüstan yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, Kaşuk daha əvvəl Ukraynanın aşağı yaş qrupları üzrə millilərində çıxış edib. O, U-21 yığmasının heyətində 13 oyuna, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

Qeyd edək ki, A.Kaşuk cari mövsümdə “Qarabağ”ın heyətində bütün turnirlərdə 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*