ABŞ təhlükəsizlik təkliflərinə cavabı Rusiyaya təqdim edib.
KONKRET.az Bloomberg-ə istinadla xəbər verir ki, ABŞ təhlükəsizlik təkliflərinə cavabı Rusiyaya təqdim edib.
Bundan sonra ABŞ səfirliyi Ukraynadakı ABŞ vətəndaşlarını kommersiya və ya digər şəxsi nəqliyyat vasitələrindən istifadə edərək təcili olaraq ölkəni tərk etməyə çağırıb.
Təhlükəsizlik zəmanəti ilə bağlı Moskvaya cavabı təqdim etdikdən sonra Xarici İşlər Nazirliyinə gələn ABŞ səfiri diplomatik departamentin binasını tərk edib. ABŞ səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk edərkən mediaya şərh verməkdən çəkinib.
Qeyd edək ki, NATO-nun baş katibi Rusiyanın təhlükəsizlik təkliflərinə cavab göndərdiyinə dair xəbərlər fonunda təcili Moskva vaxtı ilə saat 21:00-da mətbuat konfransı çağırıb.
Xuraman Etibarlı,
KONKRET.az
