“ABŞ Türk Hava Yollarının uçuşlarına rusların buraxılmaması məsələsi ilə bağlı Meksikaya təzyiq edir”backend

"ABŞ Türk Hava Yollarının uçuşlarına rusların buraxılmaması məsələsi ilə bağlı Meksikaya təzyiq edir"

“Rusların Türk Hava Yollarının Meksikaya uçan təyyarələrinə minməsinə mane olan səbəb Vaşinqtonun ölkə hakimiyyətinə təzyiqi ilə sıx bağlıdır”.

KONKRET.az xəbər verir ki, bunu TASS-a Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Ryabkov xatırladıb ki, çətinliklər təkcə Türk Hava Yollarının Meksikaya uçan reyslərində yaranmır. “Bəzi digər Latın Amerikası ölkələrinə səyahət edən Rusiya vətəndaşları da bu problemlə üzləşiblər”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini bildirib.

“Ümumiyyətlə, bu qəbildən olan bir çox məsələlər tez bir zamanda həllini tələb edir”, – deyə o, əlavə edib: “Bunlar təkcə konsulluq məsələləri deyil, hər hansı bir şəxsin ayrılmaz hüququ kimi sərbəst hərəkət mövzusu ilə bağlı məsələlərdir.

Qeyd edək ki, fevralın sonundan etibarən Türk Hava Yollarının İstanbuldan Latın Amerikasına uçuşlarına rusların buraxılmaması halları daha tez-tez baş verir. Rusiyanın Ankaradakı səfirliyi çərşənbə axşamı səhər öz internet səhifəsində bildirib ki, şirkətə və Türkiyə Xarici İşlər Nazirliyinə müraciətlərə baxmayaraq, Türkiyə tərəfinin nümayəndələri baş verənlərin səbəbləri ilə bağlı heç bir yazılı izahat vermirlər.

Xatırladaq ki, çərşənbə günü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rusların Türk Hava Yollarının reyslərində səyahət etməkdən imtina etməsi probleminin Moskva ilə Ankara arasındakı dostluq münasibətləri sayəsində həll olunacağına əmin olduğunu bildirib. Həmçinin, Rusiyanın Meksikadakı səfirliyindən TASS-a bildirilib ki, ölkə hakimiyyəti bu problemin həlli ilə məşğuldur.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*