ABŞ Ukraynaya “Abrams” tanklarını tədarük etməkdən imtina edir.
KONKRET.az xəbər verir ki, bu barədə “Sky News Arabia” Pentaqondakı mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Vaşinqton texniki xidmət və istismar xərclərinə görə Ukraynaya “Abrams” tanklarını vermir.
Bundan əlavə qeyd olunub ki, yaza qədər bu tanklarda ukraynalı hərbçilər üçün təlim proqramını həyata keçirmək çətin olacaq.
İqbal Rzayev,
KONKRET.az