Rusiyada bu yanacaq növü də qadağan edildibackend

Rusiyada bu yanacaq növü də qadağan edildi

Rusiya hökuməti daxili bazarda yanacaq təchizatını sabitləşdirmək və çatışmazlığın qarşısını almaq məqsədilə dizel yanacağının ixracına tam qadağa tətbiq edib. Rusiya Baş nazirinin müavini Aleksandr Novak Prezident Vladimir Putinin hökumət üzvləri ilə keçirdiyi iclasda bu addımın daxili bazara yönəldilən yanacaq həcmini əhəmiyyətli dərəcədə artıracağını bildirib.

KONKRET.az xəbər verir ki, Novak qeyd edib ki, görülən tədbirlər təkcə ixracın dayandırılması ilə məhdudlaşmır. Belə ki, iyul ayından etibarən Rusiya neft məhsullarının idxalına başlayır. Eyni zamanda, daxili tələbatı ödəmək üçün daha aşağı ekoloji sinfə aid neft məhsullarının istehsalı artırılır və neft məhsullarının, eləcə də qatqıların idxalına tətbiq olunan sıfır gömrük rüsumunun müddəti daha bir il uzadılıb.

Xatırladaq ki, Rusiya enerji bazarındakı vəziyyəti tənzimləmək üçün artıq bir sıra məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Aprel ayında hökumət benzinin ixracına embarqo qoyub və bu qadağanın iyulun sonuna qədər qüvvədə qalması nəzərdə tutulur. Bundan əlavə, 2026-cı il iyunun 1-dən noyabrın 30-dək olan dövr üçün aviasiya kerosininin ixracına da müvəqqəti qadağa tətbiq edilib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*