Rusiya Prezidenti Vladimir Putin Krım və Sevastopol ərazilərində yanacaq qiymətlərinin aşağı salınması məqsədilə bölgəyə təcili qaydada subsidiyaların ayrılmasını tapşırıb.
KONKRET.az xəbər verir ki, hökumətlə keçirilən iclasda çıxış edən Rusiya lideri qeyd edib ki, dövlət orqanları, hüquq-mühafizə və güc strukturlarının tələbatının ödənilməsi vacib olsa da, vətəndaşların yanacaq qiymətlərindəki artımı hiss etməməsi üçün tədbirlər görülməlidir.
Putin bu istiqamətdə subsidiyalaşma qərarının ən qısa müddətdə qəbul edilməsinin vacibliyini vurğulayıb. Həmin iclasda çıxış edən Sevastopolun Moskva tərəfindən təyin edilmiş “qubernatoru” Mixail Razvojayev isə yarımadaya yanacaq tədarükünün artırıldığını bildirib.
Natiq Səlim,
KONKRET.az
