ABŞ Ukraynaya “HIMARS” adı ilə tanınan yüksək mobillikli artilleriya raket sistemləri göndərəcək.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “CNN” yayıb.
Məlumata görə, ABŞ administrasiyasının yüksək vəzifəli məmurları bu barədə məlumatı təsdiq edib.
Sözügedən raket sistemləri ABŞ-ın Ukraynaya 11-ci yardım paketi çərçivəsində göndəriləcək.
Məmurların sözlərinə görə, “HIMARS” döyüş sursatları ilə təchiz ediləcək ki, bunlar da Ukraynaya təqribən 80 kilometr məsafəyə raket atmağa imkan verəcək.
