KONKRET.az dünya mediasına istinadən xəbər verir ki, İran hökuməti hücumları qəti şəkildə pisləyir. Bunu Xamaneyi dövlət televiziyasında yayımlanan bir nitqində bildirib.
İranın dini lideri Ayətullah Əli Xameneyi ABŞ-ın İraqdakı Hizbullah Briqadalarına hücumuna olduqca sərt reaksiya verib: “İran hökuməti, millət və mən hücumları qətiyyətlə pisləyirəm”.
Qeyd edək ki, cümə günü ABŞ-ın İraqdakı hərbi bazasına raket hücumu nəticəsində bir ABŞ vətəndaşı öldürülüb. Qısa müddət sonra ABŞ ordusu bazar günü İraqdakı Hizbullah dəstələrinə hava hücumu edib.
