ABŞ və İsrail İranın quru blokadası variantını müzakirə edir.
KONKRET.az xəbər verir ki, bu barədə “The Telegraph”nəşri mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı iqtisadi təzyiqi daha da artırmaq məqsədilə müxtəlif variantları nəzərdən keçirirlər.
Bildirilir ki, tərəflər iyulun 28-də Ağ evdə keçirilən görüş zamanı Tehrana qarşı təzyiqin həm hərbi, həm də qeyri-hərbi üsullarla gücləndirilməsini müzakirə ediblər.
Məlumata əsasən, müzakirə olunan ssenarilərdən biri də İranın quru yolla blokadaya alınmasıdır.
“Sadəcə ölkəyə giriş-çıxışı bloklamaq necə olar? Tutaq ki, İran nə idxal, nə də ixrac edə biləcək. O zaman istənilən hadisə baş verə bilər”, – deyə yüksək vəzifəli israilli məmur vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
