“ABŞ və Rusiya Arktikada müharibə edə bilər” – General Hokansondan SENSASİON AÇIQLAMAbackend

"ABŞ və Rusiya Arktikada müharibə edə bilər” - General Hokansondan SENSASİON AÇIQLAMA

“ABŞ, Milli Qvardiyasının təlimləri çərçivəsində Arktikada Rusiya ilə münaqişənin ssenarilərini hazırlayır”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin generalı Den Hokanson bildirib. Onun sözlərinə görə, ABŞ Milli Qvardiyası Arktikada hərbi əməliyyatlara hazırlıq məqsədi daşıyan illik “Northern Strike 23” təlimlərini keçirib.

Öz növbəsində Hokanson bildirib ki, ABŞ Müdafiə Nazirliyi Arktika regionunda Rusiya və Çinin rəqabətini gücləndirəcəyini gözləyir. Onun sözlərinə görə, Şimal Dəniz Marşrutları daha çox naviqasiyaya çevrilir, Rusiya və Çin isə regionda mövcudluğunu artırır.

Hokanson qeyd edib ki, ABŞ “bu potensial döyüşün” baş verə biləcəyi əraziyə yön almalıdır. Çünki Amerika ordusunun Arktikada mövcudluğunu təmin etmək Vaşinqton üçün çox vacibdir.

Qeyd edək ki, daha öncə  “Politico” jurnalının köşə yazarı Kennet Rozen Rusiyanın son iki onillikdə Arktika regionu uğrunda mübarizədə ABŞ-ı qabaqladığı haqda fikirlər səsləndirib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*