ABŞ və Rusiya nüvə silahından istifadə etsə, nə baş verəcək? – ŞOK AÇIQLAMA – ÖZƏLbackend

ABŞ və Rusiya nüvə silahından istifadə etsə, nə baş verəcək? - ŞOK AÇIQLAMA - ÖZƏL

Hazırda dünyanın 9 dövlətinin təxminən 14 min nüvə silahı var. Düzdür onlardan bir qismi artıq köhnəldiyi üçün utilizasiyasını gözləyir, ancaq ABŞ və Rusiyanın hər birində təxminən 4 min nüvə başlığı olmaqla döyüş növbəsində duran ballistik raketlər, sualtı qayıqlar və bombardımançı təyyarələr mövcuddur. Hər iki ölkədə gün ərzində 20 min insan radarların arxasında oturub ilk hansı dövlətin atom silahını atacağını müşahidə edir.

Ümumiyyətlə nüvə silahının ən çox sınağını ABŞ keçirib, bu sınaqlardan təxminən 18-i uğursuz olub, indiyədək atılan, amma partlamayan bombaların içində 3 ədədi sonradan heç tapılmayıb. Yəni haradasa ya okeanın dibindədir, ya da hansı isə fermer tapıb öz samanlığında zadda gizlədib. Amerikalılar sevir axı evdə silah saxlamağı.

Hər iki dövlətin bir-birini tam məhv etməsi üçün ən azı 100 dəqiq zərbə endirməsi lazımdır. Yəni atılan raketlər hədəfə çatana kimi insanların 10-15 dəqiqə sığınacağa düşməsi üçün vaxtı olacaq. Atom silahının partlayış episentrində heç bir bunkerə sığınmağın mənası yoxdur. Hətta yerin 70 metr dərinliyində olsa belə təxminən 2 km radiusda hər şey yanaraq kül olacaq, ikinci radisuda sağ qalmaq şansı var. Məsələn yeraltı keçidlər, metro stansiyaları zərbəyə davam gətirəcək. Üçüncü radiusda isə sadəcə evlərin damları, şüşələri, mebellər zərər görəcək. Yəni yerdən göyə yüksələn göbələyi telefona çəkmək olar, amma heç bir sosial şəbəkəyə yerləşdirmək mümkün olmayacaq.

Nüvə silahları yer səthinə çatmadan bir neçə yüz metr yüksəkdə detanasiya edəcək ki, daha çox tələfat və dağıntıya səbəb olsun. Düzdür nüvə zərbələri həmin an insanlığı məhv etməyəcək, yer kürəsini də oxundan zaddan çıxarmayacaq. Bunlar şişirdilmiş şəhər əfsanələridir. Məsələn Rusiyaya atıla biləcək potensial bombaların biz nə səsini eşidəcəyik, nə tüstüsünü görəcəyik.

Bəs insanlığı nə məhv edəcək? Göyə qalxan radiasiya və qara bulud o qədər çox olacaq ki, Günəşin səthini tutduğu üçün yer kürəsində temperatur 20 dərəcəyədək aşağı düşəcək. Planetdə həyat üçün lazım olan su mənbələri və torpaq ilin bütün fəsli donmuş olacaq, çaylardan və bulaqlardan radioaktiv çirklənmiş sular axacaq. İnsanlıq tam məhv olmasa da, yaşamaq şansları minimallaşacaq. Dağlarda, mağaralarda qapalı təmiz su hövzələrinə yaxın yerlərdə insanlar yaşamağa davam edəcək.

Təxminən bir əsr ərzində kanserogen aktivlik yüksəldiyi üçün sağ qalan insanların yarısı da onkoloji xəstəliklərdən həyatını itirəcək.

Növbəti əsrdə isə yer planeti özünü tədricən radioaktiv çirklənmədən təmizləməyə başlayacaq. Sağ qalan insanların nəsilləri hər şeyə sıfırdan başlayacaq. Sonuncu insanı və ya dünyanın sonunu heç kim görməyəcək…

Əli Məhərrəmli 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*