ABŞ vətəndaşlarını Haitidən çıxarırbackend

ABŞ vətəndaşlarını Haitidən çıxarır

ABŞ vətəndaşlarını Haitidən təxliyə etməyə başlayır.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel məlumat verib.

“Martın 20-dən etibarən ABŞ hökuməti Amerika vətəndaşlarının Haitidən, Port-au-Prinsdən təhlükəsiz çıxışını asanlaşdırır. Biz Port-au-Prinsdən Santo Dominqoya, Dominikan Respublikasına helikopterlə çarter reyslərini təşkil edirik, burada konsulluq yardımı göstərmək üçün ABŞ hökuməti əməkdaşları iştirak edir. Santo Dominqodan ABŞ-a çatma məsuliyyətini Amerika vətəndaşlarının özləri daşıyacaqlar”, – deyə bildirilib.

Qeyd edək ki, bir müddətdir Haitidə siyasi vəziyyət qeyri-stabil olaraq qalır. Silahl dəstələrlə hökumət qüvvələri arasında toqquşmalar yaşanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*