ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Oman körfəzində İrandan Yəmənə partlayıcı daşıyan gəmini saxlayıb.
KONKRET.az TASSA-a istinadən xəbər verir ki, bu barədə komandanlığın tviter səhifəsində məlumat verilib:
“Noyabrın 8-də CENTCOM qüvvələri Oman körfəzində İrandan Yəmənə külli miqdarda partlayıcı aparan gəmini ələ keçirib”.
Bildirilib ki, gəmi noyabrın 8-də saxlanılıb və axtarışdan sonra batırılıb. Yəmən vətəndaşlarından ibarət ekipaj üzvləri isə saxlanılıb.
CENTCOM-un məlumatına görə, gəmidə 163 ton karbamid gübrəsi və ballistik raket yanacağında istifadə edilən ammonium perxlorat olub.
İqbal Rzayev,
KONKRET.az
