Abşeronda ər arvadını döyərək öldürdübackend

Abşeronda ər arvadını döyərək öldürdü

Abşeron rayonunda arvadını döyərək öldürən şəxs tutulub.

KONKRET.AZ xəbər verir ki, hadisə Abşeron rayonu Masazır qəsəbəsi, “Qurtuluş 93” bina 51 ünvanında qeydə alınıb.

Belə ki, Aynurə Abdullayeva ailə münaqişəsi zəmnində əri Yaqub Qurbanov tərəfindən döyülüb. Baş və bədəninin müxtəlif nahiyələrindən ağır xəsarətlər alan qadın qonşuların köməkliyi ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb. Qadın aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.

Y.Qurbanov polsi əməkdaşları tətəfində saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*