Adaxan Madumarov həbs olundubackend

Adaxan Madumarov həbs olundu

Müxalif “Vahid Qırğızıstan” parlament fraksiyasının lideri Adaxan Madumarov dövlətə xəyanətdə şübhəli bilinərək oktyabrın 24-dək həbs edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Qırğızıstan Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

“Bişkek şəhərinin Pervomayski rayon məhkəməsinin 2 sentyabr 2023-cü il tarixli qərarı ilə Daxili İşlər Nazirliyinin müstəntiqinin vəsatəti təmin edilib, Madumarov barəsində oktyabrın 24-dək həbs-qətimkan tədbiri seçilib”, – məlumatda deyilir.

Siyasətçinin vəkili Gülyana Ubalıyevanın sözlərinə görə, Madumarov dövlətə xəyanət maddəsi ilə ittiham olunub. Hələlik vəkil işin materialları ilə tanış ola bilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*