Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın uranın zənginləşdirilməsini atom silahı əldə etmək üçün lazım olan səviyyəyə yaxınlaşdırdığını bildirib.
KONKRET.az reuters-ə istinadən xəbər verir ki, İran öncələr uranı 60%-ə qədər zənginləşdirmək üçün 164 ədədlik IR-6 sentrifuqalarından ibarət kaskaddan (abşar) istifadə edirdisə, ancaq indi bununla yanaşı, 60% -ə qədər zənginləşdirmək üçün 153 ədədlik IR-4 santrifyuj kompleksindən də istifadə edir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə “Reuters” agentliyinin xəbərinə cavab olaraq deyib: “Atom anlaşmasının tam və qeyd-şərtsiz icrasına Amerika və razılaşmanın digər tərəfləri başlamayana qədər, İran da atom proqramını hakimiyyətin ehtiyacları və qərarları əsasında və təhlükəsizlik (padman) öhdəlikləri çərçivəsində həyata keçirəcək”.
Xətibzadə qeyd edib: “Digər tərəflər atom razılaşması (Bərcam) üzrə öhdəliklərinə qayıtsa və Amerika da sanksiyaları (təhrim) tam, ciddi və yoxlanıla bilən dərəcədə ləğv etsə, İranın atom razılaşması çərçivəsindəki bütün azaltma tədbirləri geri qayıda biləndir”.
Eyni zamanda, bazar ertəsi günü də Atom Enerjisi üzrə Beynəlxalq Agentlik üzv dövlətlərə təqdim etdiyi raportda İranın zənginləşdirilmiş metal (filiz) uran istehsalında irəliləyiş əldə etdiyini diqqətə çatdırıb./Azad İran/
