Aeroporta eniş edən təyyarəyə güllə atıldıbackend

Aeroporta eniş edən təyyarəyə güllə atıldı

“Middle East Airlines” kompaniyasına məxsus təyyarə Livanın paytaxtı Beyrut hava limanına eniş edən zaman göyərtəsinə güllə dəyib.

KONKRET.az xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi Məhəmməd əl-Xut məlumat verib.

O, təyyarənin İordaniyadan gəldiyini bildirib.

Belə ki, naməlum şəxslərin atdığı güllə hava limanına yaxınlaşan təyyarənin gövdəsinə dəyib. Təyyarənin göyərtəsində olan sərnişinlərdən heç biri xəsarət almayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*