Ötən gün “Lotu Quli” ləqəbi ilə tanınan kriminal avtoritet Nadir Səlifov Antalyada dostu və mühafizəçisi Xan Əhmədlinski tərəfindən 4 güllə ilə qətlə yetirilib.
KONKRET.az xəbər verir ki müğənni Afaq Aslan bu barədə özünün “instagram” hesabında paylaşım edib.
Müğənni Nadir Səlifovun fotosunu paylaşaraq: “Çox insana qardaş və dost oldu. Kimilərin əlindən tutdu.
Amma həyat onu “dost” əli ilə zalımcasına vurdu…Allah rəhmət eləsin. Bilənlər bilir onun ürəyini, Allah günahlarını bağışlasın” sözlərini yazıb.
Xatırladaq ki, mediada Afaq Aslanın Nadir Səlifovla sevgili olması ilə bağlı xəbər yayılmışdı. Afaq Aslan “instagram” hesabında bahalı markaların səhifələri ilə yanaşı Nadir Səlifovun da hesabını izləyirdi. Hal-hazırda isə Afaq Aslan Səlifovun hesabını izləmədən çıxarıb.

