Afaq Bəşirqızı nə dedi, nə eşitdi?! – MÖVQEbackend

Afaq Bəşirqızı nə dedi, nə eşitdi?! - MÖVQE

Əslim rayondandır, Bakıya iş üçün gəlmişəm. Afaq Bəşirqızına və Ləman xanıma mən də sərt reaksiya verə bilərdim. Amma mən düşüncəsiz deyiləm ki, əslində onların nə dediyini anlamayım. Anladığım üçün də Ləman xanımın dəyərli yazısını saytımıza da daşıdıq.

Afaq Bəşirqızı bu xalqın yetişdirdiyi həqiqi sənətkarlardandır, bəziləri kimi sənətdən kar deyil. Onu bir neçə gün əvvəl Mübariz Mənsimova dəstək olduğuna görə yerə-göyə sığdırmayan bu kəsim indi kəndlilərin canına yanaraq bildirdiyi haqlı irada görə söyür, təhqir edir. Tənqid edə bilərsiniz, amma Afaq Bəşirqızından yuxarını təhqir edə bilmirsinizsə, güzgünün qarşısına keçin və o Azərbaycan qadınına yaraşdırdığınız nalayiq ifadələri orada deyin. Çünki hər halda şəninizə daha çox yaraşar o ifadələr!

Gələk Ləman xanımın yazısına. Bu yazını da həmin o “ziyalı” kəsim yanlış anladı. Növbəti hədəf Ləman Ələşrəfqızı oldu. Ləman xanım mənə görə jurnalistikanın şedevridir! Onun hazırladığı reportajlar, yazdığı yazılar məhz mənə icazə verir ki, ona bu adla müraciət edim. Bir neçə ay əvvəl Oğuz üçün çıxdığı şərəfli yolda nə mücadilələr apardı, xalqı üçün kimlərlə vuruşmadı ki? O zaman onu tərifləyənlər, dəstəkləyənlər “seçilmədikdən” sonra susqunluğa çəkildi. Necə deyərlər, Ləmanı meydanda tək qoydular…

Bu gün həmin kəsim Ləman xanımı bu fikirlərinə görə təhqir etməkdən çəkinmir. Əfəndilər! O xanım sizlərə görə işindən oldu. Adamda üz də yaxşı şeydir!

Hər bir halda əgər rayonda, kənddə dolana bilməyib şəhərə üz tutursansa və burada da dolana bilmirsənsə, o zaman evinə qayıtmalısan. Çünki orada ən pis halda əkin, biçin, maldarlıq və ümumilikdə kənd təsərrüfatı ilə məşğul olaraq heç olmasa, körpələrinin boğazına bir-iki tikə yemək çatdıra biləcəksən va qohum-qardaşın cüzi belə olsa, sənə əl tutacaq. Yox əgər sən şəhər eşqinə gəlib, heç bir iş tapmayıb, iş görməyib kimlərdənsə nəsə gözləyərək ac-yalavac qalacaqsansa, o zaman sən bu sözləri həzm etməlisən!

Natiq Səlim,

KONKRET.az

  • Qurban Bayramov
    Aprel 12, 2020 - 18:43

    Afaq Bəşirqızı kimi böyük sənətkarın belə deməsinə qətiyyən inanmıram! Bunu ona qarşı böhtan hesab edirəm! Millətin belə ağır məqamında xalqın sənətkarına qara yaxmaq əxlaqsızlıqdır, nadanlıqdır, ermənilikdir!!

  • Vaqif Rəsulov
    Aprel 12, 2020 - 22:04

    Məqalə Afaq Bəşirqızışı müdafiə məqsədi güddüyü bəllidir.Amma məqalədə rayonlardakı vəziyyətlə yanış olmadan fərziyyə yürütmək də yanlışdır.Heç kim rayonlarda normal həyatını buraxaraq qeyri-müəyyən halda şəhərə gəlməz! Bu yalnıx rayonlarda iş yerlərinin dağıdılması,kənd həyatıüçün şəraitin yaradılmaması üzündən insanların imkansızlığı üzündən şəhərlərə üz tutması kimi ortaya çıxır.müəllif elə düşünür ki, rayonlarda hamının əkin-biçin üçün torpaq sahəsi var və onlara rayonların İcra başçıları imkan yaradıb.əsla belə deyil!Rayon və kəndlərdə vəziyyəti bilmədən insanları günaahlandırmaq yanlışdır.Bir də ki.həmişə rayonlardan şəhərə bütün dünyada olduğu kimi axın olub.Bəs Afaq Bəşir qızının əsli haralıdır? Onlar Bakıda necə peyda olubklar?Çanağından çıxan tıcbağa kimi çanağını bəyənmir? Afaq xanımın AZərbaycan ordusuna əsgə yetişdirib? Ona verilən titulların hamısı ondan dəfələrlə artıq istedadlı,xalqq tərəfindən sevilən artistlərr (Nəsibə Zeynalovaya,Nəcibə Məlikovaya və digərlərinə ) verilib? Ona görə onun belə çıxışı ikrah doğurub və şərhlərin əsaslı olduğunu qəbul etməyi bacarmaq və nəticə çıxarmaq ləzımdır.xalqın gözü tərəzidir və onu aldatmağa cəhd etməyin.Afaq Bəşir qızı bağışlanılmaz səhvə yol verib!

Vaqif Rəsulov üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*