İran ABŞ blokadasını belə yarır: Supertankerlər hərəkətə keçdibackend

İran ABŞ blokadasını belə yarır: Supertankerlər hərəkətə keçdi

ABŞ-ın tətbiq etdiyi blokadaya baxmayaraq, İranın Xark adasındakı terminalında supertankerlərə neft yüklənməsi prosesi davam edir. Avropa İttifaqının “Sentinel-1” peykindən bazar ertəsi günü əldə edilən görüntülər adadakı yanalma körpüsünə təxminən 2 milyon barel neft daşıma qabiliyyətinə malik nəhəng bir tankerin yan aldığını təsdiqləyib. Halbuki, şənbə günü çəkilmiş əvvəlki fotolarda terminalda hər hansı bir gəmi müşahidə olunmurdu.

KONKRET.az xəbər verir ki, “Bloomberg”in yaydığı məlumata görə, ABŞ-ın bu addımları tankerlərin hərəkəti tam məhdudlaşdırılacağı təqdirdə İranda neft hasilatının azalmasına səbəb ola bilər. “JPMorgan Chase & Co.” analitiklərinin fikrincə, mövcud vəziyyət ticarət dövriyyəsini təkcə maliyyə baxımından deyil, həm də mexaniki olaraq məhdudlaşdıracaq və gələcəkdə rəsmi Tehranı hasilatı aşağı salmağa məcbur edəcək.

Buna baxmayaraq, prosesin qısa müddətdə ciddi təsir göstərməyəcəyi proqnozlaşdırılır. “FGE NexantECA”nın qeydlərində bildirilir ki, İranın 90 milyon barellik anbar ehtiyatları var. Bu isə o deməkdir ki, ABŞ-ın blokadası ixracı tam dayandırsa belə, ölkə gündəlik 3,5 milyon barel olan hasilat səviyyəsini daha iki ay ərzində qoruyub saxlaya biləcək.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*