Afina təşvişdə: Bu hərbi texnikanı Ankaraya satmayın!backend

Afina təşvişdə: Bu hərbi texnikanı Ankaraya satmayın!

Almaniya 214 tipli sualtı gəmilərin Türkiyəyə satışını dayandırmalıdır.

KONKRET.az xəbər verir ki, bunu Yunanıstan Xarici İşlər naziri Nikos Dendias deyib.

“Yunanıstanda bu tip sualtı gəmilərdən 4 ədəd mövcuddur. Bunun sayəsində Aralıq dənizinin cənub-şərq hissəsində və Egeydə üstünlük bizdədir. Əgər bu gəmilər Türkiyəyə verilərsə, o zaman tarazlıq bizim üçün mənfi şəkildə pozulacaq”, – nazir bildirib.

Qeyd edək ki, Ankara Berlindən 6 ədəd 214 tipli sualtı gəmi sifariş edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*