Alimlər xəbərdarlıq edirlər ki, Afrikadan keçən nəhəng çatlar qitəni ikiyə bölərək yeni dəniz yaradacaq.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, cənub-şərq sahilləri boyunca Efiopiyadan Mozambikə qədər yeni dənizin yaranmasına səbəb olacaq.
Məlumata görə, Şərqi Afrika Rifti kimi tanınan qırıq 22 milyon ildən artıqdır ki, mövcuddur, lakin son onilliklərdə aktiv olub.
Qeyd edək ki, Efiopiya yaxınlığında 2005-ci ildə 35 mil uzunluğunda çat meydana gəlib. 2018-ci ildə isə Keniyada güclü yağışlar insanları evlərini tərk etməyə məcbur etdikdən sonra başqa bir çat yaranıb.
Elm adamları iki tektonik plitə, şərqdə Somali və qərbdə Nubiyanın bir-birindən uzaqlaşdığını proqnozlaşdırırlar.

İqbal Rzayev,
KONKRET.az
