Qurana hörmətsizlik edən komediyaçı saxlanıldıbackend

Qurana hörmətsizlik edən komediyaçı saxlanıldı

Türkiyəli komediyaçı Deniz Göktaş saxlanılıb.

KONKRET.az lentaz-a istinadən xəbər verir ki, onun barəsində sosial media hesablarında paylaşdığı videolarda cinayət tərkibi əlamətləri aşkar edildiyi iddiası ilə istintaq başladılıb.

İstanbul Respublika Baş Prokurorluğunun başladığı araşdırma çərçivəsində xarici səfərdən Türkiyəyə qayıdan Göktaş İstanbul Hava Limanında pasport nəzarəti zamanı nəzarətə götürülüb.

Hazırda istintaq davam edir. Hadisə ilə bağlı rəsmi qurumlar əlavə məlumat açıqlamayıb.

Qeyd edək ki, aktyor stendap proqramında müqəddəs kitablarla bağlı zarafat edib. O, “İlk üç kitab yaxşı idi, amma dördüncü kitabın tərcüməsi o qədər də uğurlu alınmayıb”, – deyib.

Bu sözlər bir çoxları tərəfindən “Quran”a hörmətsizlik kimi qiymətləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*