Urmiyalı gözəl 75 yaşında öldürüldübackend

Urmiyalı gözəl 75 yaşında öldürüldü

Qərbi Azərbaycanın Urmiya şəhərindən olan 75 yaşlı Rita Cəbəli qətlə yetirilib.

KONKRET.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, kimliyi açıqlanmayan qatil saxlanılıb.

Cinayətkarın bank işçisi olduğu və Rita Cəbəlinin bank əməliyyatlarından məlumatlı olduğu üçün qətli tamah məqsədilə törətdiyi bildirilib.

Urmiya polisinin sözlərinə görə, qatil qadını öldürdükdən sonra onu şəhərdən qıraqda gizli şəkildə dəfn edib.

Qeyd edək ki, 1951-ci ildə Urmiyada anadan olan Rita Cəbəli 1969-cu ildə 18 yaşında olarkən keçirilən yarışlarda “İran gözəli” seçilib. O, bundan sonra da inqilaba qədər İran nümayəndəsi kimi bir neçə dəfə beynəlxalq yarışlarda iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*