Ağ Evdə Baydenin böyük nəvəsinin toy mərasimi keçirilib – FOTObackend

Ağ Evdə Baydenin böyük nəvəsinin toy mərasimi keçirilib - FOTO

Bu həftə sonu Ağ Evdə toy olub.

KONKRET.az xəbər verir ki, prezident Co Baydenin böyük nəvəsi Naomi Bayden şənbə günü hüquqşünas Piter Nil ilə evlənib.

Mətbuata mərasimi işıqlandırmaq icazəsi verilməyib.

Bu, 2013-cü ildən bəri Ağ Evdə keçirilən ilk toy olub.

Qeyd edək ki, cütlük illər əvvəl dostları vasitəsilə tanış olublar. Piter Naomiyə 2021-ci ilin sentyabrında Vayominq ştatının Cekson Hole şəhərindəki uşaq evinin yaxınlığında evlənmə təklifi edib.

Beləliklə, Bayden və Nil Ağ Evdə nikah bağlayan digər 18 cütlüyə qoşulublar.

undefined

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*