Amerika prezidentləri tərəfindən monarxların və ölkə başçılarının qəbulu adi bir iş deyil, əksinə illərdir riayət olunan çox maraqlı bir ənənədir.
Hər bir belə görüşün fərqlilikləri var, ancaq əl sıxmadan və gəzmədən əsla olmur. ABŞ prezidentlərinin illər boyu riayət etdiyi müəyyən qaydalar var.
Əvvəlcə qonaqlar ənənəvi olaraq tapançadan atılan atəşfəşanlıqla qarşılandıqları Ağ Evin yanındakı gölün yanına gəlirlər. Daha sonra nahar üçün ABŞ Dövlət Departamentinə, şam yeməyi etmək üçün isə Ağ Evə yollanırlar. Belə görüşə yalnız dövlət başçıları layiq görülə bilər.
Dövlət səfərinin başlanğıcı Ağ Çəmənlikdə prezidentin və xanımı tərəfindən qarşılanan qonağın qəbulu ilə başlayır. Beləliklə, onlar ev sahibi rolunu ifa edirlər. Bu vəziyyətdə qonaqlar prezidenti doğma dilində salamlayırlar. Təyinat yerinə hərbi əsgərlərin müşayəti altında gedirlər.
Sonra ölkə başçıları qonaqları qarşılayırlar.
Qonağa olan nəzakət əlaməti olaraq hər kəs ayaqüstə qulaq asdığı ölkəsinin himnini oxumaqla nümayiş olunur. Himn bitdikdə əl çalmaq qəbul edilmir, lakin atəşfəşanlıq mümkündür.
Gəzinti
Qonaq və prezident yerli çəmənlikdə gəzərək hərbi qarovulu gözdən keçirirməlidirlər. Protokolda geyd olunduğu kimi dostluq səfərinə baxmayaraq, ölkə yenə də gücünü nümayiş etdirməlidir.
Prezidentin çıxışı və qonağın cavabı
Prezident çıxış edir, qonaq isə cavab verir. Bu iki dövlət arasında olan münasibəti nümayiş etdirir.
Hədiyyələr
Prezidentin çıxışından sonra dövlət başçıları adətən bir-birinə hədiyyələr verirlər. Qanuna əsasən ABŞ dövlət başçıları hər bir hədiyyəni gəbul edə bilməzlər. Onlar artıq qiymətli daşlarla bəzədilən qılıncdan, bəzək əşyalarından və heyvanlardaan imtina ediblər. Hədiyyə 390 dollardan baha olmamalıdır. Hədiyyədən imtina edildiyi təqdirdə Milli Arxivə təhvil verilir.
Şam yeməyi
Şənlik Ağ Evin ailə igamətgahında keçirilir, bayramın əvvəlində kokteyllər verilir. Ölkə başçısı və xanımı qonaqları yataq otağının yanında yerləşən oval sarı otaqda qarşılayır. Daha sonra ABŞ başçısı və onun qonağı sağlıq deyirlər. Adətən yeməkdə prezidentin həyat yoldaşı və heyət tərəfindən diqqətlə seçilmiş 4-5 çeşiddə yemək verilir. Adətən belə bir bayramda qonağa çox sayda yemək təklif olunur.
Amerika Prezidenti tərəfindən qonaqları qarşılamaq öz qaydaları ilə bir ənənədir. O başqa bir dövlət başçısına olan hörməti nümayiş etdirməklə mühüm qarşılanma ənənəsinin daşıyıcısına çevrilir.
Hazırladı: Leyla ŞİRMƏMMƏDOVA