Ağalı kəndini 33 yaşında tərk etmişdi – 62 yaşında qayıtdıbackend

Ağalı kəndini 33 yaşında tərk etmişdi - 62 yaşında qayıtdı

“Bu günü gözləyirdik. Torpaqlarımız işğaldan azad edildi və ilk olaraq bizim kəndimiz bərpa edildi. Burada sakinlər üçün çox gözəl şərait yaradılıb.

KONKRET.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında sentyabrın 10-da Zəngilanın Ağalı kəndinə köçən Nailə Muradova söyləyib.

“Kəndimizi 33 yaşımda tərk etmişdim, 62 yaşımda qayıtdım. Yolboyu ürəyim sevinclə çırpınırdı. Allaha şükürlər olsun ki, indi doğma torpaqdayam. Buraya ailəmlə, övladlarımla gəlmişəm. Digər övladım isə öz ailəsi ilə birgə növbəti köç zamanı gələcək. Bu sevinci bizə yaşadanlara minnətdarıq”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*