Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Ağabəyli kəndi ərazisində baş verib.
Belə ki, “İsuzu” markalı yük avtomobili ilə “Hunday” markalı minik avtomobili toqquşub.
Qəza zamanı minik avtomobilində olan 4 nəfər – Rəhimov Göyüş Tahir oğlu, Abdullayeva Sevda Adil oğlu, Bayramlı Vüqar Cövdət oğlu və Abdullayeva Gülsənəm Abış qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
