Ağcabədi rayonunda itə şiddət göstərilib.
KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb. Belə ki, itin boynuna ip bağlanaraq, gölməçədə işgəncə verilib.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.az-a bildirib ki, yayılmış videogörüntü ilə əlaqədar Ağcabədi Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır:
“Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.
