Ağdamda gənc qız üzündən bıçaqlandı: Şübhəli bilinən dayısı oğlu saxlanıldıbackend

Ağdamda gənc qız üzündən bıçaqlandı: Şübhəli bilinən dayısı oğlu saxlanıldı

Ağdamın Quzanlı qəsəbəsində gənc qız bıçaqlanıb.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, rayon sakini, 2007-ci il təvəllüdlü Leyla Cəfərova öz dayısı oğlu tərəfindən bıçaqlanıb.

19 yaşlı qız üz nahiyəsi və sol əlinin kəsilmiş yarası ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

L.Cəfərovanın parfümeriya mağazasında işlədiyi bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Ş.Bayramov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*