Ağdərədə insan sümükləri tapıldıbackend

Ağdərədə insan sümükləri tapıldı

Ağdərə rayonunun Baş Güney kəndində kənd sakinləri insana məxsus olduğu ehtimal edilən skelet fraqmentlərini aşkarlayıb.

Bu barədə KONKRET.az-a şəhid Qurban Göyüşovun qardaşı Zahir Göyüşov məlumat verib.

Qeyd olunub ki, müvafiq qurumlar bu haqda məlumatlandırılıb. Qalıqların Əsəddin Curu oğlu Novruzov və Qurban Ramazan oğlu Göyüşova məxsus olduğu ehtimal edilir. Artıq Qurban Göyüşova məxsus qalıqlar ərazidən götürülərək, şəxsiyyətin müəyyənləşdirilməsi üçün ekspertizaya göndərilib. Əsəddin Novruza aid olduğu ehtimal olunan skelet qalıqları isə uçmuş evin altından hələ çıxarılmayıb.

Qeyd olunub ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvləri aprelin 4-də hadisə yerində olacaq və Əsəddin Novruzovun qalıqlarını götürəcəklər.

Adı çəkilən şəxslər, 1992-ci il martın 12-də şəhid olublar. Onlara məxsus olduğu ehtimal edilən skelet fraqmentləri dəfn edildikləri yerdə tapılıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*