backend

Vilayət Eyvazov daha bir rayona rəis təyin etdi

Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinə yeni rəis təyin edilib.

KONKRET.az-ın məlumatına görə, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, bu vəzifəyə Rufan Həsənov təyin olunub.

Qeyd edək ki, buna qədər R. Həsənov Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*