4 tibb müəssisəsində ciddi nöqsanlar – Rəhbərlər işdən çıxarıla bilərbackend

4 tibb müəssisəsində ciddi nöqsanlar - Rəhbərlər işdən çıxarıla bilər

Gəncədə bir sıra iri tibb müəssisələrində aparılan yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkarlanıb.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Daxili nəzarət departamenti tərəfindən aparılan yoxlamalar təxminən 15 gün davam edib.

Qanun pozuntuları Gəncə şəhər Zülfüqar Məmmədov adına 3 saylı Xəstəxanada, həmin xəstəxananın nəzdində fəaliyyət göstərən 2 saylı poliklinikada, həmçinin Gəncə Endokrinoloji Xəstəliklər Xəstəxanasında və Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsində aşkarlanıb.

Məlumata görə, sözügedən tibb müəssisələrinin rəhbərlərinə ciddi xəbərdarlıq edilib.

Onlardan bəzilərinin tutduqları vəzifələrdən azad olunacağı gözlənilir.\\qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*