Ağstafa rayonunda 78 yaşlı kişi evində yıxılaraq ölüb.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Həsənsu kəndində baş verib.
Məlumata görə, 1948-ci il təvəllüdlü Miryusif Hacıyev yaşadığı evdə yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
