Ağstafa rayonunda yerli sakin arı sancmasından ölüb.
KONKRET.az report-a istinadən xəbər verir ki, rayonun Yenigün kənd sakini, 1965-ci il təvəllüdlü M.İsayevi arı sancıb.
Xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
