Rumıniya Prezidenti Nikusor Dan ölkədə ayı populyasiyasının azaldılmasını nəzərdə tutan Qanunu imzalayıb.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənəd 2026-cı ilin sonuna qədər 859 qəhvəyi ayının vurulmasına icazə verir.
Bununla yanaşı, əhali üçün təhlükə artarsa, “müdaxilə tədbiri” kimi daha 110 ayı zərərsizləşdirilə bilər.
Sözügedən yeni qanun sentyabrın 16-da Deputatlar Palatası tərəfindən qəbul edilib.
Qeyd edək ki, Rumıniya Avropada qəhvəyi ayıların ən çox məskunlaşdığı ölkədir.
