Ağsu aşırımından avtomobil aşdı: Yaralananlar varbackend

Ağsu aşırımından avtomobil aşdı: Yaralananlar var

Ağsu dolaylarında yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, Ağsu rayon sakini, 1984-cü il təvəllüdlü Ələkbərov Təbriz Sabir oğlu “VAZ-2107” markalı minik avtomobili ilə Ağsu aşırımında hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü T.Ələkbərov və sərnişini, Ağsu sakini, 1984-cü il təvəllüdlü Nağıyev Rafael Ağazər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı Ağsu Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*