Onlar Köçəryanın əsas seçici bazasını təşkil edirdi…backend

Onlar Köçəryanın əsas seçici bazasını təşkil edirdi...

Ermənistan cəmiyyətində müşahidə edilən müəyyən tendensiyalar bizi də narahat edir. Revanşist qüvvələr hələ də cəmiyyətdə kifayət qədər güclüdür.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstan (CAMCA) Regional Forumunda çıxışında deyib.

O qeyd edib ki, daha bir narahatedici məqam revanşizmin Ermənistanın gəncləri arasında da yaşayılmasıdır:

“Çünki seçkidə Robert Köçəryan və Samvel Karapetyanın əsas elektoratını və seçici bazasını Ermənistanın gəncləri təşkil edirdi. Təəssüf ki, onlar hələ də revanşizm prizmasından düşünürlər. Bu, narahatedici haldır. Buna görə də Ermənistan hökumətini öz xalqını sülhə hazırlamaq üçün çox ciddi çalışmağa çağırırıq.

Azərbaycan tərəfdən isə sülh gündəliyini davam etdirmək, onu yerdə möhkəmləndirmək və sülh konsepsiyasına əsaslanan elə bir regional arxitektura qurmaq istiqamətində strateji qətiyyətimiz var ki, bu, Ermənistan və Azərbaycan xalqları üçün uzunmüddətli sülh və sabitliyi təmin edə bilsin.

Buna görə də biz həmişə deyirik ki, bu sülhü yalnız Paşinyan hökuməti, Baş nazir Paşinyanla bağlamaq istəmirik. Biz bu sülhü Ermənistan xalqı ilə bağlamaq istəyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*