13 yaşlı azərbaycanlı qızın əkiz övladı oldubackend

13 yaşlı azərbaycanlı qızın əkiz övladı oldu

Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı yeniyetmə qız əkiz uşaq dünyaya gətirib.

KONKRET.az APA-ya istinadla xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova məlumat yayıb.

O, körpələrdən birinin doğum evində öldüyünü, digərinin vəziyyətinin isə ağır olduğunu qeyd edib.

Samirə Bayramova bildirib ki, 13 yaşlı qız Azərbaycan, onun ərə verildiyi şəxs isə Gürcüstan vətəndaşıdır.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmaya başlayıb. Araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmanı nəzərdə tutan maddə üzrə aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*